İsrail Qəzzada saxlanılan 150 fələstinlini azad etdi


İsrail ordusu 27 oktyabr 2023-cü ildə münaqişlər zamanı Qəzza zolağında saxlanılan 150 fələstinlini azad edib.



Sözügedən fələstinlilərin təxliyyəsi Qəzza zolağının şərqindəki Kerem Əbu Səlim (Şalom) Sərhəd Qapısı vasitəsilə həyata keçirilib.

Sərbəst buraxılanlar arasında Qəzzanın cənubundakı Xan Yunis şəhərində 50 gün əvvəl saxlanılan iki Fələstin Qızıl Aypara işçisi də var.

İsrail tərəfindən azad edilən 7 yaralı fələstinli müalicə olunmaq üçün Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki Əbu Yusuf Neccar xəstəxanasına aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu