Kolumbiya prezidenti Ramallahda səfirliyin açılmasına göstəriş verib


Kolumbiya prezidenti Qustavo Petro vədinə əməl edərək ölkəsinin Ramallahda səfirliyinin açılması ilə bağlı göstəriş verib.


Xarici İşlər Naziri Gilberto Murillo, mətbuata verdiyi açıqlamada, Kolumbiyanın Ramallah səfirliyinin açılması üçün prosesin başladıldığını elan edib.

İki dövlətli həll üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) və Oslo razılaşmalarını xatırladan Murillo qeyd edib ki, daha çox ölkənin Fələstini tanıyacağına əmindir: "Bu, İsrail və ya yəhudilərə qarşı verilmiş bir qərar deyil. Fələstinin bir dövlət olaraq tanınması lazımdır".

Murillo Kolumbiyanın Ramallahdakı səfirliyinin Fələstində nə vaxt açılacağı ilə bağlı dəqiq bir tarix açıqlamayıb.

Kolumbiyanın keçmiş prezidenti Xuan Manuel Santos səlahiyyət müddətinin bitməsinə 4 gün qalmış, 3 avqust 2018-ci ildə Fələstini dövlət kimi tanıyıb.

Kolumbiya mayın 3-də Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri kəsdiyini rəsmən açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu