Kolumbiya İsraillə diplomatik əlaqələri kəsdiyini rəsmən elan etdi


Kolumbiya Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri kəsdiyini rəsmən açıqlayıb.


Kolumbiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Kolumbiya hökumətinin bu gündən etibarən İsrail dövləti ilə diplomatik əlaqələri kəsmə qərarı ilə bağlı verdiyi şifahi nota dünən İsrailin Boqota səfirliyinə rəsmi olaraq çatdırılıb.

Açıqlamada bildirilib ki, İsrail səfirinə diplomatik personalın ölkədən getməsi barədə Xarici İşlər Nazirliyinin Protokol İdarəsi vasitəsilə məlumat verilib.

Bundan əlavə, bəyanatda Tel-Əviv və Boqotada konsulluq fəaliyyətlərinin davam etdiriləcəyi bildirilib.

Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo dünən verdiyi açıqlamada, "Prezident Qustavo Petronun bu məsələ ilə bağlı mövqeyi bəllidir, nazirlikdəki qruplarımız işləyir və vəziyyətlə bağlı bu həftə İsrail səfirliyinə məlumat verəcəyik" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu