Kolumbiya prezidenti Netanyahunun vasitəçilik məktubuna müsbət cavab verdi


Kolumbiya prezidenti Qustavo Petro İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada əsirlərin azad edilməsi üçün ona göndərdiyi vasitəçilik məktubuna müsbət cavab verib.



Kolumbiyanın köklü "El Tiempo" qəzetində dərc olunan xəbərə görə, Netanyahu məktubda Petrodan Qəzzada israilli məhbusların azad edilməsi üçün vasitəçilik səylərinə müşayiət etməsini istəyib.

Nəşr, Netanyahunun məktubunun yanvarın 11-də Kolumbiyaya çatdığını yazıb.

Prezident Petro Netanyahuya ünvanladığı cavab məktubunda İsrail və Fələstin arasında münaqişəyə son qoymaq üçün mümkün sülh danışıqlarına töhfə verməyə hazır olduğunu qeyd edib: "Qəzzada insanların vəziyyətini yüngülləşdirmək üçün dərhal hərbi əməliyyatlar dayandırılmalı, atəşkəs elan olunmalı, bütün girovlar azad edilməlidir. Danışıqlara başlamaq lazımdır."

Məktubda atəşkəsin uğurunu təmin etmək üçün hər cür yaxşı niyyət nümayiş etdirməyə hazır olduğunu bildirən Petro, “Axan qanı dayandırmaq üçün yeganə həll yolu ortaq bir yol tapmaq və danışmaqdır” deyə vurğulayıb.

Məktubunda hər iki tərəfin hüquqlarının təmin edilməsi lazım olduğunu da vurğulayan Petro, yeganə həllin İsrail ilə Fələstin arasında ən qısa zamanda sülh razılaşmasına nail olmaq olduğunu qeyd edib.

Planetdə sülh gözləntilərinin gerçəkləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirən Petro, "Kolumbiyanın dünyada sülhü təşviq edən və beynəlxalq hüquqa hörmət edən bir ölkə olduğunu yeniləmək istəyirəm" ifadəsini işlədib.

Kolumbiya mətbuatında yer alan digər xəbərə görə, Qəzzada məhbuslar arasında Kolumbiya vətəndaşı da var və bu səbəbdən Netanyahu Petroya vasitəçi olmaq üçün məktub yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu