Kaliforniyada daşqın və tufan: 2 nəfər ölüb-VİDEO


ABŞ-ın Kaliforniya ştatında davam edən şiddətli yağış və güclü tufan nəticəsində 2 nəfər həyatını itirib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Los-Ancelesdə tornado baş verib. Kaliforniya ştatında “atmosfer çayı” adlı hava dalğası öz təsirini davam etdirir. Ştatın müxtəlif bölgələrində yağan güclü yağış növbəti dəfə daşqınlara səbəb olub.

Yaşayış məntəqələri və kənd təsərrüfatı sahələri su altında qalıb, tufan nəticəsində kökündən qopan ağaclar yollara aşıb. San Fransisko şəhər rəhbərliyinin verdiyi açıqlamada fırtınanın səbəb olduğu qəzalarda 2 nəfərin öldüyü bildirilib.

Milli Meteoroloji Xidmət ştatın cənubunda iki tornado müşahidə edildiyini açıqlayıb. Ən azı 17 binaya ziyan dəyib, bəzi binaların damları uçub. Sosial mediada paylaşılan görüntülərdə Los-Ancelesin Montebello şəhərində tornadonun dağıntılar yaratdığı görülüb.

Los-Anceles Yanğınsöndürmə İdarəsi bir nəfərin yaralandığını bildirib. Alameda rayonunda ağacın avtomobilinin üzərinə aşması nəticəsində yolda qalan sürücü yanğınsöndürənlərin müdaxiləsi ilə xilas edilib. Ştatda 250 mindən çox insan işıqsız qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu