Jerar Depardye cinsi təcavüz ittihamı ilə saxlanılıb


Fransız aktyor Jerar Depardyenin cinsi təcavüz iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıldığı bildirilir.


AFN.az Fransa mətbuatına istinadən xəbər verir ki, 2012 və 2014-cü illərdə çəkilişlər zamanı iki qadına cinsi təcavüz etdiyi iddiası ilə ifadə verməyə çağırılan 75 yaşlı Depardye Paris polisi tərəfindən saxlanılıb.

Depardye 2020-ci ildə aktrisa Şarlotta Arnouldun şikayəti əsasında "zorlama" və "seksual zorakılıq"da ittiham olunub.

2007-ci ildə film çəkilişləri zamanı Depardyeni ona qarşı cinsi təcavüzdə günahlandıran aktrisa Helene Darrasın şikayəti müddətin bitdiyi üçün rədd edilib.

Bir çox cinsi təcavüz ittihamı ilə üzləşən Depardye 2023-cü ilin oktyabrında "Le Figaro"da dərc olunan açıq məktubunda ona qarşı irəli sürülən ittihamları rədd edərək, "Mən heç vaxt və heç bir qadına təcavüz etməmişəm" - deyə bəyan etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu