Keniyada daşqınlarda ölənlərin sayı 169-a yüksəlib


Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a yüksəldiyi bildirilib.


Keniya hökumətindən verilən açıqlamada daşqınların yaratdığı dağıntılarla bağlı məlumat paylaşılıb.

Açıqlamada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a yüksəldiyi, 91 nəfərin isə itkin düşdüyü bildirilib.

Daşqınların paytaxt Nayrobiyə də təsir etdiyi və bəzi yolların bağlandığı, bir çox ərazinin də su altında qaldığ, ölkə daxilində 200 mindən çox insanın davam edən leysan yağışları və daşqınlardan zərər çəkdiyi vurğulanıb.

Keniya Dəmir Yolları ölkə daxilində şəhərətrafı qatar xidmətlərinin dayandırıldığını açıqlayıb.

Prezident Uilyam Ruto Milli Gənclik Xidmətinə daşqınlardan zərər çəkənlər üçün müvəqqəti düşərgə kimi istifadə üçün torpaq ayırmağı tapşırıb.

Qeyd edək ki, Keniyadan başqa Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri də güclü yağışların yaratdığı daşqınlardan mənfi təsirlənir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu