İndoneziyada daşqın və torpaq sürüşmələrində ölənlərin sayı artıb


İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 32-yə yüksəlib.



İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı artır. Milli Fəlakətlərin Qarşısının Alınması Agentliyinin (BNPB) verdiyi açıqlamada ölənlərin sayının 26-dan 32-yə yüksəldiyi bildirilib. Açıqlamada sel və sürüşmə nəticəsində 1500 evin, 50-dən çox ibadət yerinin və ən azı 10 yolun zədələndiyi, adada 5 bölgədə fövqəladə vəziyyət elan edildiyi bildirilib.

Ötən həftənin cümə axşamı günü yağan güclü yağışlar səbəbindən 70 mindən çox insan təhlükəsiz bölgələrə təxliyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu