Konqoda torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 40-a yüksəlib


Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Cənubi-Kivu əyalətində dünən baş verən sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 40-a yüksəlib.



Ölkə mətbuatında yer alan xəbərə görə, Cənubi Kivu vilayətinin Bukavu şəhərinin Kalingi kəndində son 4 gündür davam edən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 40 nəfər həyatını itirib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə ölənlərin sayının artacağı ilə bağlı narahatlıq var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu