"Apple" istifadəçiləri hesablarında problem yaşayırlar


Bir sıra “Apple” istifadəçiləri parollarını dəyişməli olduqları barədə mesajlar alıblar.


AFN.az xəbər verir ki, bu haqda "Appleinsider" məlumat yayıb.

Nəşrin jurnalistləri sosial şəbəkələrdə müvafiq mesajlar müşahidə ediblər. “Apple” qadcetlərinin sahiblərinin sözlərinə görə, onların profilləri cihazlarından ayrılıb. Onlar həmçinin poçtda öz hesabları üçün loqin və şifrəni daxil etməli olduqlarını bildirən məktub alıblar.

Nəşrin müəlliflərinin fikrincə, problemi həll etməyin yeganə yolu parolun sıfırlanmasıdır. Həmçinin, bir qayda olaraq, belə hallarda istifadəçilər bütün cihazlarda - iPhone, Mac, iPad və başqalarında öz hesablarından çıxarılır.

Aprelin 27-si günortadan sonra "Apple" Sistem Sağlamlığı Monitoru səhifəsində heç bir səhv bildirməyib. "Appleinsider" jurnalistləri həmçinin qeyd ediblər ki, baş verənlər mütəşəkkil haker hücumuna bənzəmir. Problemdən təsirlənən istifadəçilərin sayı barədə məlumat verilmir.

Aprelin əvvəlində "Apple" 92 ölkədəki istifadəçilərə casus proqram hücumu barədə xəbərdarlıq etmişdi. Mütəxəssislərin fikrincə, naməlum şəxslər "Apple" ID ilə əlaqəli "iPhone"u uzaqdan pozmağa cəhd edə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu