BƏƏ-nin qurucularından olan Şeyx Təhnun vəfat edib


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaradılmasında iştirak edən Dubay Əmirliyinin Əl-Ayn valisi Şeyx Təhnun bin Məhəmməd Əl Nəhyan dünyasını dəyişib.


AFN.az xəbər verir ki, BƏƏ medaisında verilən açıqlamada prezident Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın əmisi və Əl-Ayn valisi Şeyx Təhnun bin Məhəmmədin vəfatından "kədərləndiyi" bildirilib.

Şeyx Təhnun bin Məhəmmədin vəfatından sonra ölkədə bayraqlar yarıya qədər endirilib, 7 günlük matəm elan edilib.

Qeyd olunub ki, Şeyx Təhnun bin Məhəmməd gənc yaşlarından BƏƏ-nin qurucusu Şeyx Zayed Bin Sultan Əl Nəhyanın yanında olub, təcrübə qazanıb.

Şeyx Təhnun bin Məhəmməd 1971-ci ildə BƏƏ-nin yaradılması zamanı BƏƏ-nin qurucusu Əl Nəhyanla birgə çalışıb. O, BƏƏ-nin Kənd Təsərrüfatı Nazirliyinin və BƏƏ-nin neft və təbii qaz şirkəti ADNOC-un rəhbəri idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu