Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısını ziyarət edib


ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qallantla birgə Qəzza ilə İsrail arasındakı Kerem Abu Salim (Şalom) sərhəd qapısını ziyarət edib.


AFN.az-ın xəbərinə görə, İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Yoav Qallant Kərim Əbu Səlim sərhəd qapısını ziyarət etdikdən sonra İsrail Baş Qərargah rəisi Herzi Halevi ilə görüşdə iştirak edib.

Görüşdə israilli məhbusların geri qaytarılması və HƏMAS-ın məhv edilməsi üçün hərbi əməliyyatların davam etdirilməsinin zəruriliyi müzakirə edilib.

Kerem Abu Salim sərhəd qapısı ilə yanaşı, Blinken və Qallantın Nir Öz yəhudi qəsəbəsini də ziyarət etdiyi qeyd edilir.

Blinkenlə görüşündən sonra yayımladığı videomüraciətdə Qllant “HƏMAS-ı məhv etmək və girovları ailələrinə qaytarmaqda qərarlıyıq” - deyə açıqlama verib. O, eyni zamanda Blinkenlə Qəzzaya humanitar yardım axınının necə artırılacağını müzakirə etdiklərini bildirib.

Qallant Qəzzaya humanitar yardımların keçməsi üçün bu gün Qəzza-İsrail sərhədindəki Beyt Hanun (Erez) sərhəd qapısı və Usdud (Aşdod) Limanının açılmasına qərar verdiklərini də qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu