"Pobeda" Hava Yolları ABŞ-ın sanksiya siyahısına daxil edilib


Rusiyanın “Pobeda” aviaşirkəti ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.


AFN.az xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

Nazirlik bu qərarını daşıyıcının Rusiya Federasiyasının iqtisadiyyatının Rusiyanın hərbi sənaye bazasını dəstəkləməsi hesab edilən sektorunda fəaliyyətlə məşğul olması ilə izah edib.

Mayın 1-də ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarının genişləndirilməsini elan edib. Məhdudiyyətlər Rusiya ilə əlaqəli 29 fiziki və 250 hüquqi şəxsə şamil edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu