Belarus Suvalki dəhlizində NATO təlimlərindən narahatdır


Belarus Suvalki dəhlizində NATO kontingenti ilə bağlı narahatlığını ifadə edib.


AFN.az ölkə mediasına istinadən xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib.

Litvada Polşa, ABŞ və Portuqaliya hərbçiləri ilə birlikdə Suvalki dəhlizinin müdafiəsini sınaqdan keçirmək üçün hərbi təlimlər başlayıb. Suvalki dəhlizi Polşanın şimal-şərqindəki Suvalki şəhəri yaxınlığındakı ərazinin bir hissəsidir və Belarusiya ilə Kalininqrad vilayəti arasında yerləşir. uzunluğu təxminən 100 kilometrdir.

"Bir çoxları kimi biz də bu təlimləri diqqətlə izləyirik. Təbii ki, narahatıq və bu narahatlığın tamamilə açıq əsası var", - deyə Aleynik qeyd edib. O, amerikalı generallardan birinin Litvada müvəqqəti yerləşdirilən hərbçilərin bir hissəsinin qeyri-müəyyən müddətə orada qalması ilə bağlı bəyanatına da toxunub. Aleynikin sözlərinə görə, bu, təlimlərə göndərilən hərbi hissələrin bir hissəsinin daimi dislokasiya üçün orada qalmasının birbaşa təsdiqidir.

Almaniyanın “Bild” nəşri Almaniya Müdafiə Nazirliyinin məxfi sənədinə istinad edərək, Rusiya ilə NATO arasında genişmiqyaslı hərbi münaqişə zamanı Suvalki dəhlizini toqquşma üçün ən çox ehtimal olunan yer adlandırıb. Mümkün senariyə görə, münaqişə 2025-ci ilin yayında başlaya bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu