"Qarabağ" bu futbolçularla müqaviləni yenilədi


"Qarabağ" iki yerli futbolçusu ilə müqaviləsinin müddətini uzadıb.


AFN.az-ın xəbərinə görə, bununla bağlı məlumatı klubun mətbuat xidməti yayıb.

Açıqlamada bildirilir ki, Nəriman Axundzadə ilə yeni müqavilə imzalanıb. 20 yaşlı hücumçu ilə yeni anlaşma 2028-ci ilin iyununa qədər uzadılaraq 4 il müddətini əhatə edir.

"Qarabağ"ın yeni müqavilə imzaladığı digər oyunçu da yerlidir. Belə ki, klub 27 yaşlı müdafiəçi Bəhlul Mustafazadə ilə də müqavilənin müddətini daha 3 il müddətinə uzadıb.

Bəhlul Mustafazadə 2027-ci ilin yayına qədər "Qarabağ"da forma geyinəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu