Şimali Koreya "Britaniyanın hərəkətləri"ni Avropa üçün müharibə fəlakəti hesab edir


Böyük Britaniya öz hərəkətləri ilə Ukraynanı istisnasız olaraq hamını səfərbər etməyə məcbur edir ki, bu da Avropanı müharibə fəlakətlərinə sürükləyə bilər.


Bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin (KCNA) köşə yazarı Sim Min yazıb. Onun sözlərinə görə, Böyük Britaniya Ukraynanı silahla doldurdu və 2023-cü ildə ilk olaraq Kiyevə uzaqmənzilli raketlər ötürdü: "Bununla da Rusiyaya qarşı düşmənçiliyi üzə çıxardı. Üstəlik, bu dəfə Kemeron Rusiya ərazisinə hücumda öz silahlarından istifadə etməyə açıq şəkildə icazə verdi. Bu onu göstərir ki, Böyük Britaniya çılğıncasına Zelenski hakimiyyətini Ukrayna döyüş meydanında daha da pisləşən vəziyyətlə mübarizə aparmaq üçün Rusiya ərazisinin dərinliklərində ehtiyatsız hücuma təhrik etməyə çalışır. Bir Avropa atalar sözündə deyildiyi kimi: insanın dili qılıncdan çox adam öldürə bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu