İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib


İndoneziyanın Qərbi Papua əyalətinin Fakfak bölgəsi sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.



ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.

USGS-nin məlumatına görə, 6,2 bal gücündə zəlzələ 12,1 kilometr dərinlikdə qeydə alınıb.

İlkin məlumatlara görə, zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu