Avstraliyada 4 nəfər sürünənlərin qaçaqmalçılığında ittiham olunur


Avstraliyanın Yeni Cənubi Uels əyalətində (NSW) dörd nəfər təxminən 800 min dollar dəyərində yüzlərlə sürünəni Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinə qaçaqmalçılıq yolu ilə keçirməkdə ittiham edilib.


"9News" saytının verdiyi xəbərə görə, Honq-Konqa gəlməsi planlaşdırılan 59 kərtənkələdən ibarət 9 paket polis tərəfindən ələ keçirildikdən sonra qanunsuz heyvan ticarətini araşdırmaq üçün yaradılan əyalət polisinin “Raptor Komandası” əməliyyat keçirib.

NSW əyalətində həftə ərzində həyata keçirilən basqınlar nəticəsində dəyəri 800 min dollara qədər olan 257 kərtənkələnin ələ keçirildiyi, 4 nəfərin isə sürünənləri Honq Konqa keçirməyə cəhddə günahlandırıldığı bildirilib.

Baş nəzarətçi Andrew Koutsoufis verdiyi açıqlamada qaçaqmalçılıq cəhdinin "qəddar" olduğunu və xaricə göndərilmək üçün kiçik qutularda saxlanılan kərtənkələlərin pis şəraitdə baxıldığını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu