Əhmedinejatın prezdentliyə namizədliyi yenə qeydə alınmadı


İranın Konstitusiyaya Nəzarət Şurası keçmiş prezident Mahmud Əhmədinejatın prezident seçkisində iştirak etmək üçün namizədliyini qeydə almayıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, İran parlamentinin keçmiş sədri Əli Laricani və vitse-prezidenti İshaq Cahangiri də namizəd olaraq seçkiyə qatıla bilməyəcəklər.

Seçkidə prezidentliyə namizədlər arasında ən şanslı İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi sayılır.

Xatırladaq ki, 2017-ci ilin prezident seçkisində də onun namizədliyi qeydə alınmamışdı. İranın 6-cı prezidenti Mahmud Əhmədinejat 2005-ci il avqustun 3-dən 2013-cü il avqustun 3-dək hökumət başçısı olub. O bildirmişdi ki, namizədliyi qeydə alınmazsa seçkini boykot edəcək.

İranda prezident seçkisi 2021-ci il iyunun 18-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu