Bakıda yeni Nəbatat bağı salınacaq


“Bakının Baş Planına əsasən, Xocasən gölünün ətrafında yeni Nəbatat bağı salınacaq”.


Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

O bildirib ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq, həmçinin göllərin regenerasiyası həyata keçiriləcək.

A.Əkbərli bildirib ki, bundan əlavə, milli parkların ərazisinin genişləndirilməsi, sanitar-mühafizə zonasında dost ekoloji mühitin yaradılması nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu