Rüşvətlə əlillik dərəcəsi verən vəzifəli şəxs işdən çıxarıldı


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri müəyyən edilib.


Xəstəxananın baş həkimi vəzifəsini icra edən, 1-ci Psixiatriya şöbəsinin müdiri Kərimov Yaşar Məlik oğlunun əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Məmmədov Sahib Vafiq oğlundan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi almasına əsaslı şübhələr müəyyən edilib.

Yaşar Kərimova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, habelə prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu