Məktəblərdə "Zəfər tarixi" tədris olunacaq


Bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan bir saatı dərs cədvəlinə daxil edilməklə "Zəfər tarixi” kursunun tədrisinə veriləcək.


AFN-in xəbərinə görə, bu barədə məlumat təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planında əksini tapıb.

Sənədə əsasən, tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu