"Omoniya" - "Qarabağ" oyununun hakimləri bilndi


UEFA Konfrans Liqasının qrup mərhələsində Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında keçiriləcək II tur oyununun hakimləri müəyyənləşib.


Oyun şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Bobbi Maddenə yan xətt hakimləri qismində Devid Rum və Alan Malvenni köməklik göstərəcək. Dördüncü hakim Kreyq Napyer olacaq.

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu