Emin Əmrullayev müəllimləri telefonlarına mesaj yazaraq təbrik etdi
Bu gün təhsil naziri Emin Əmrullayevin adından müəllimlərə təbrik sms-i göndərilib.
AFN xəbər verir ki, bu barədə Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. Təbrik eme-ində deyilir: "Əziz müəllimimiz! Övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz Sizə təşəkkür edir, şərəfli peşənizdə uğurlar arzulayıram! Beynəlxalq Müəllimlər Gününüz mübarək! Təhsil naziri Emin Əmrullayev".
Təbrik sms-i 151 min 738 nəfər müəllimin telefonuna göndərilib.