Bakıda “Range Rover” 3 maşına çırpılıb aşdı - FOTOLAR


Bakının Yasamal rayonunda 4 avtomobil qəzaya uğrayıb.


AFN APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

Belə ki, “Range Rover” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib, nəticədə nəqliyyat vasitəsi ağaca, daha sonra yol nişanına çırpılıb.

Daha sonra maşın yol kənarında dayanan iki “Mercedes” və “Mitsubishi” markalı avtomobillərə çırpılıb və aşıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu