“Ramin Yeraz” adı ilə tanınan ifaçı haqda 5 il həbs qərarı çıxarılıb


Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə "Ramin Yeraz" ləqəbi ilə narkotik vasitələrin təbliğini etməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəməsi başa çatıb.


Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə R.İsmayılov 5 il müddətinə azadlıq məhrum edilib.

Nizami rayon sakini olan R.İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü ( Qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu