Türkiyə-Azərbaycan münasibətlərinin Qarabağ probleminin həllindəki rolu medianın gözü ilə


Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə İstanbulda Strateji Dəyərləndirmə və Vizyon konfransı keçirilib.


AFN xəbər verir ki, konfrans öz işinə Türkiyə-Azərbaycan münasibətlərinin Qarabağ probleminin həllindəki rolundan bəhs edən panellə başlayıb. İlk müzakirədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və Moderator.az saytının şef-redaktoru Xəyalə Rəis iştirak edib.
Konfransda çıxış edən Aqil Ələsgər Zəfərin əldə edilməsində Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyinin mühüm nüans olduğunu vurğulayıb. Media Qrup rəhbəri, həmçinin media müstəvisində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun koordinasiyalı şəkildə çalışmasının da önəmli rol oynadığını vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu