Rəsulzadənin abidəsi ziyarət edildi


Bu gün Müsavat Partiyasının bir qrup üzvü Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138 illiyi münasibətilə onun anadan olduğu Novxanı kəndindəki abidəsinin önünə yürüş ediblər.


Yürüşdə çıxış edən partiyanın başqanı Arif Hacılı bildirib ki, Rəsulzadə şəxsiyyət olaraq yalnız Novxanı kəndi Azərbaycan və Qafqaz üçün deyil, bütün dünya üçün möhtəşəm şəxsiyyətdir:

"Azərbaycan xalqı fəxr edir ki, ölkəmizdə Rəsulzadə kimi böyük şəxsiyyət doğulub. Rəsulzadə böyük siyasətçi olmaqla yanaşı həm də qüdrətli bir jurnalist, maarifçi və xeyriyyəçi idi. Onun Azərbaycanda anılması təbiidir".

Partiyanın eks başqanı İsa Qəmbər isə bildirib ki, bu gün Rəsulzadəni bütün dünya tanıyır və dəyərləndirir: "Azərbaycanda son əsrdə yaxşı nə varsa o da Rəsulzadənin ideyaları ilə bağlıdır. Tarix göstərir ki, böyük şəxsiyyətlərin abidələri insanların beynində yer alanda o əbədi olur".


Qeyd edək ki, yürüş iştirakçıların Rəsulzadənin abidəsi önünə gül qoymaqla yekunlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu