Avropa Komissiyasının iki komissarı Azərbaycana gəlib


Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci iclasında iştirak etmək üçün Bakıya gəliblər.


Bu barədə AFN.az-a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı bir daha təsdiqləmək və Dəhlizin yeni enerji bazarlarını, o cümlədən Qərbi Balkanlara, xüsusən də kömür istehlakının mərhələli şəkildə azaldılmasına təkan verə biləcək bazarları daxil etməsi perspektivlərini müzakirə etmək üçün fürsət olacaq.

K.Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə Məşvərət Şurasının iclasına həmsədrlik edir – onlar həm də ikitərəfli şəkildə görüşəcək və sonda mətbuat konfransı keçirəcəklər.

Komissar həmçinin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşəcək.

O.Várhelyi Bakıda olarkən bir sıra ikitərəfli görüşlər keçirəcək, iyulda baş tutan son səfəri zamanı təqdim olunan Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının və onun Azərbaycan üzrə flaqman təşəbbüslərinin icrası, habelə ikitərəfli münasibətlərin əsas məsələləri ilə bağlı müzakirələr aparacaq.

O.Várhelyi bu gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, sabah isə iqtisadiyyat naziri Mikayıl Cabbarov, eləcə də xarici işlər naziri Ceyhun Bayramovla (görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək) görüşəcək.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Komissar, həm də energetika naziri Şahbazovla birlikdə Trans-Adriatik Boru Kəmərinin İdarəedici direktoru Luka Şchieppati və bir sıra Qərbi Balkan ölkələrinin nazirləri ilə görüşəcək. Səfərin audiovizual materialları EbS-də olacaq. Aİ-Azərbaycan münasibətləri haqqında ətraflı məlumatı burada və burada tapa bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu