Sabah Bakıda Xocalı ilə bağlı yürüş keçiriləcək


“Xocalı soyqırımının ildönümü ilə bağlı bundan öncəki illərdə Prezident İlham Əliyev və birinci Vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirilib. Sabah da növbəti yürüş keçiriləcək. Xocalı soyqırımının dünya miqyasında tanınması üçün Heydər Əliyev Fondu da böyük işlər görür”.


AFN.az-ın məlumatına görə, bu barədə spiker Sahibə Qafarova Milli Məclisin bugünkü plenar iclasında deyib.

O bildirib ki, Milli Məclis də Xocalı soyqırımının tanıdılması ilə bağlı bəyanatlar və qərarlar verib: “Mən də beynəlxalq görüşlərdə 74 ölkənin parlament rəhbərlərinə məktub göndərərək Xocalı soyqırımının tanınması üçün zəruri tədbirlər görülməsini xahiş etmişəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu