Bakıda 16 yaşlı qız itkin düşüb
![](/uploads/posts/2022-03/1646297030_15d096542d6c39.jpg)
Bakıda 16 yaşlı qız itkin düşüb.
Hadisə martın 2-də paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Bənövşə Xəlilova saat 21 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis Şöbəsində araşdırma aparılır.