Prezident daha bir deputata yüksək vəzifə verdi
Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna yeni sədr təyin edib.
AFN.az xəbər verir ki, sərəncama əsasən, Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunub.
Dövlət başçısının digər sərəncamı ilə Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Qeyd edək ki, 43 yaşlı Şahin Seyidzadə hazırda Milli Məclisin deputatıdır.