"Azbeauty Group"dan 97 minlik şikayət - Lazer aparatı nasaz çıxdı


"Azbeauty Group" Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) Daxili İşlər Nazirliyinə şikayət edilib.


Musavat.com-un əldə etdiyi məlumata görə şikayət MMC-nin rəhbəri Yusif Rəhimovun satdığı 97500 manatlıq avadanlığa görədir.

Yusif Rəhimov Azərbaycanda lazer aparatlarının satışı ilə məşğuldur. Onun müştərisi Vəfa Abdurrahmanova polisə müraciət edərək 2020-ci ildə aldığı lazer aparatının keyfiyyətsiz və nasaz olduğunu bildirib. Buna görə də 97500 manat zərərə düşdüyünü söyləyib.

Şikayətlə bağlı Nəsimi Rayonu Polis İdarəsinin 21-ci polis bölməsində araşdırma aparılır.

Yusif Rəhimov "AZBEAUTY GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu