Putin Təhlükəsizlik Şurasını toplayıb, daxili təhlükəsizliklə bağlı əlavə tədbirlərə baxılır


Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının müşavirəsi keçirilir.


Toplantıda şuranın daimi üzvləri iştirak edir.

Müşavirədə daxili təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması üçün əlavə tədbirlərin görülməsi müzakirə olunur.

“Bu gün daxili təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün əlavə tədbirlərlə bağlı məsələni müzakirə edəcəyik”, - V.Putin deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu