Bir ayda məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə 20 müraciət daxil olub


2022 ci ilin mart ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı açıqlanıb.


Dövlət Komitəsindən AFN.az-a bildirilib ki, ümumilikdə 273 vətəndaş müraciəti daxil olub.

Qeyd olunub ki, üstünlük təşkil edən müraciətlərdən 51-i məhkəmə qərarlarının icrası ilə bağlı, 23-ü mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı, 20-si məişət zorakılığı ilə bağlı, 20-si müxtəlif yönümlü sosial müavinətlərlə bağlı və 20-si isə işlə təmin olunma ilə bağlıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu