Putin Təhlükəsizlik Şurasının iclasını keçirib


Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Ukraynada keçirilən xüsusi əməliyyatın gedişatını, həmçinin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqları müzakirə edib.


Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Ukrayna tərəfinin Buçada baş verənlərlə bağlı informasiya və digər təxribatlarına fəal şəkildə qarşı durmağın zəruriliyi vurğulanıb", - Peskov deyib.

İclasda Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının sədrləri Valentina Matvienko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno və nazirlər iştirak ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu