Prezident İlham Əliyev Pakistanın yeni Baş nazirini təbrik edib


Prezident İlham Əliyev Pakistan İslam Respublikasının yeni Baş naziri Şahbaz Şərifə təbrik məktubu göndərib.


AFN.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, qardaş Pakistan İslam Respublikasının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu