Beş il əvvəl çəkilmiş yol sıradan çıxdı - VİDEO


Astarada 5 il əvvəl çəkilmiş yol artıq sıradan çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Astara rayonunun dağ kəndlərinə aparan Təxtənəkəran-Toradi avtomobil yolundan gedir.

2017-ci ildə tikilərək istifadəyə verilən yolda iri çalalar əmələ gəlib, bir sıra hissələrdə çökmələr yaranıb.

Təxtənəkəran-Toradi avtomobil yolundan Astara və Lerik rayonlarının ümumilikdə 7000-dən çox sakini istifadə edir.

Sakinlər deyirlər ki, yağan yağışlar səbəbindən dağdan sürüşərək yola tökülən torpaq qatı asfalt örtüyünü tamamilə dağıdıb. Nəticədə yoldan istifadə çətinləşib.

Yoldakı problemlərlə bağlı balansında olduğu 49 saylı yol istismarı MMC-yə müraciət etdik.

Qurum rəsmisi Tərlan Ağamalıyev bildirib ki, yolun asfalt örtüyünün sıradan çıxması təbii hadisələrlə əlaqəlidir.

O əlavə edib ki, hazırda yolda təmir işləri aparılır və vəziyyət nəzarətdə saxlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu