Nazir: “Ərzaqların qiymətinin qalxması təkcə Azərbaycan üçün problem deyil”


“Ərzaqların qiymətinin qalxması problemdir. Bu, təkcə Azərbaycan üçün problem deyil”.


Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, inkişaf etmiş ölkələr də bundan narahatdırlar:

“Bu, çox böyük məsələdir. Ərzaq təhlükəsizliyimizin möhkəmləndilməsi istiqamətində dövlət başçısının tapşırığı var. Hökumət bunun üzərində işləyir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu