Sabah hava necə olacaq?


Sabaha gözlənilən hava proqnozu açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu