"Rəsulzadənin, Topçubaşovun qəbirləri Azərbaycana gətirilsin!" - parlamentdən təklif


Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin xarici ölkələrdə olan qəbirlərinin Azərbaycana gətirilməsi təklif olunub.


Bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev təklif səsləndirib.

O, Bakıda yerləşən Cümhuriyyət abidəsinin də binaların arasında, görünməyən yerdə olduğunu bildirib:

“Abidənin belə görünməz yerdə olması nə Cümhuriyyətin adına, nə də mərhum Heydər Əliyevin abidələrin qoyulması ilə bağlı sərəncamına layiq addımdır.

Hesab edirəm ki, Bakının bəzi hissələrində olan köhnə binalar, hansı ki, dağılmaq üzrədir, onlar sökülsün və yerinə Cümhuriyyət parkı salınsın, Cümhuriyyət abidəsi də həmin parka yerləşdirilsin".

Q.Həsənquliyev həmçinin təklif edib ki, məzarları xarici ölkədə olan cühmuriyyətçilərin - Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubasov və digərlərinin qəbirləri də Azərbaycana gətirilsin.(modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu