Xarici media nümayəndələri və ekspertlərin Şuşaya səfəri başlayıb - FOTO


Şuşa şəhərində "Mediada yeni trendlər, yeni çağırışlar" Beynəlxalq Media Forumu keçirilir.



AFN.az xəbər verir ki, forum Azərbaycan dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra tədbir iştirakçıları şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər. Forumda Prezidentin köməkçisi Hikmət Hacıyev İlham Əliyevin media nümayəndələrinə təbrik məktubunu oxuyub.

Ardınca tədbir üçün hazırlanmış videoçarx nümayiş etdirilib. Audiovizual Şuranın sədri İsmət Səttarov və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxış ediblər.

Forum davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu