Daha iki güləşçimiz İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib


Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan güləşçiləri İslam Bazarqanov və Gözəl Zutova finala yüksəliblər.


İ.Bazarqanov iranlı idmançı Məcid Dastanı 10:0 hesabı ilə məğlub edib.

Gözəl Zutova kamerunlu rəqibi Ngiri Nheyuya 6:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, bu gün Azərbaycan idmançıları Oyunlarda stend atıcılıq, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis, gimnastika, paralimpiya atletikası və velosiped idmanı üzrə yarışırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu