Həssas regionlarda məişət zorakılığı ilə bağlı maarifləndirmə sessiyaları keçiriləcək


Humanitar Tədqiqatlar İctimai Birliyi cəbhəyanı ərazilərdə daha bir layihəyə start verib.


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Cəbhəyanı regionda məişət zorakılığının azaldılmasına dəstək tədbirlərinin təşkili” layihəsi maarifləndirməyə üstünlük verəcək.
Layihə Ağdam, Tərtər, Qazax və Tovuz rayonlarında həyata keçiriləcək. Layihə çərçivəsində 25 nəfərin iştirakı ilə məlumatlandırma sessiyaları təşkil olunacaq. İştirakçılara “Məişət zorakılığının qarşısının allnması” haqqında Qanun, zorakılıqların qarşısını almaq üçün hüquqi, sosial və qabaqlayıcı tədbirlərin necə təşkil edilməsi haqqda məlumat veriləcək və qanunun verdiyi hüquqlar, qanunda nəzərdə tutulan müdafiə mexanizmləri izah ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu