Şamaxıda qədim hamam satılır - AÇIQLAMA+FOTOLAR


Tarixi hamam məhv olmaq üzrədir. Daşlarında tarix yatan hamamın qapısı üzərində "Satılır" sözü də yazılıb.


AFN.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Lətafət Məlikova bildirib. Onun sözlərinə görə, illərdir hamamın qapısına qıfıl vurulub: "Şamaxı rayon İçra hakimiyyəti və Mədəniyyət Nazirliyi bu hamam-abidənin məhv olmasına seyirçi münasibət bəsləyir. Hamamın ərazisi qonşular tərəfədindən zəbt edilib. Daşları sökülüb. Üstündə bir lövhə belə yoxdur. Sadəçə pənçərələri qalıb. Tarixi qapısı sökülüb".
L.Məlikova qeyd edib ki, Şamaxıda tarixi abidələrə laqeyd münasibət var: "İllərdir M.Ə.Sabirin yaşadığı evi təmir adı ilə bağlayıblar. Orada dayanan mühafizəçinin dediyinə görə, nə vaxt təmir edilib açılacağı bilinmir. Şamaxıda tarix yavaş-yavaş məmurların əli ilə məhv olur".

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sözçüsü Nuridə Allahyarova AFN.az-a açıqlamasında bildirdi ki, həmin tikili Nazirlər Kabinetinin müvafiq saylı qərarına uuğun olaraq tərtib olunan "Dövlət tərəfindən mühafizə olunan abidələr"in siyahısına daxil deyil: "Hər hansı tikilinin təkcə il qədimliyi tarixi abidə statusu üçün yeganə şərt deyil. Amma istənilən halda Dövlət Xidməti tərəfindən tikili yeni aşkar olunan abidələrin siyahısına əlavə edilib".








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu