Azərbaycan bu gün daha 5 ermənini təhvil verəcək


Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq bu gün daha 5 erməni hərbi qulluqçunu Ermənistana təhvil verəcək.


Bu barədə məlumatı “Haqqin.az” yayıb.

Məlumata görə, sözügedən hərbçilərin təhvil verilməsi prosesi Ermənistanla sərhədyanı zonaların birində baş tutacaq.

Ali Məhkəmədə bu gün keçirilən iki prosesdə Vətən Müharibəsindən sonra Azərbaycan sərhədlərini pozduğu üçün həbs edilmiş bir neçə erməni məhkumun cinayət işinə baxılıb.

Onların kassasiya şikayəti üzrə keçirilən iki iclasda Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilib. Həmin şəxslərin cəza müddəti 6 ildən 1 il 6 ay - 1 il 8 ay müddətlərə endirilib. Məhkumlar bu müddəti həbsxanada keçirdiyi üçün cəzaları bitmiş sayılıb və onlar cəzaçəkmə müəssisəsindən azad edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu