“Bir yaşlı uşağımı bağçada döyüblər” - İDDİA + FOTO


Mingəçevirdə 1 yaşlı uşağın bağçada döyüldüyü iddia olunur.


AFN.az xəbər verir ki, bu barədə “Unikal”a azyaşlının anası Fidan Cavadova məlumat verib.

O bildirib ki, bir neçə gün öncə oğlunu Mingəçevir şəhərində yerləşən 15 saylı körpələr evində qoyub:

“Oğlum cəmi bir neçə gün həmin bağçaya getdi. Sonuncu dəfə onu bağçadan götürəndə qoluna müxtəlif xəsarətlər yetirildiyini gördüm. Tərbiyəçi boynuna almasa da, xəsarətlərin böyük adam tərəfindən yetirildiyi aydın şəkildə görünür. Bunu uşaq edə bilməz”, - deyə o qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu