Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb


“Son sutkada Ukraynada Rusiya ordusunun 500 hərbçisi məhv edilib”.



AFN-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada 320, ümumilikdə isə Rusiyanın 60 430 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 380 tank, 4 991 zirehli maşın, 1 405 artilleriya sistemi, 338 reaktiv yaylım atəşi sistemi, 176 hava hücumundan müdafiə sistemi, 265 təyyarə, 228 helikopter, 1 026 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 811 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu