Deputatların qaldırdıqları məsələlərə baxılacaq - Samir Şərifov
Deputatların büdcə müzakirələri zamanı təmsil etdikləri regionların qaz və su təchizatı, məktəblərin tikintisi, yol infrastrukturu və digər məsələlərlə bağlı təkliflərinə aidiyyəti qurumlar tərəfindən baxılacaq.
AFN Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.
Nazir bildirib ki, qaldırılan məsələlərin 2023-cü il büdcəsi çərçivəsində həll edilməsi və ya növbəti ilin dövlət büdcəsinə daxil edilməsi ilə bağlı qərar müvafiq qurumların təhlilləri nəticəsində veriləcək.