Ceyhun Bayramov Rusiyaya səfər edir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfər edir.
Bu barədə AFN.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi və ikitərəfli tədbirlərdə iştirakı nəzərdə tutulur.